üsyan etmək

baş kaldırmak

üsyan
üşümək
OBASTAN VİKİ
Üsyan
Üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Üsyan (mahnı)
Üsyan - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Ukrayna Üsyan Ordusu
Ukrayna Üsyan Ordusu (Ukr: Ukraїnska povstanska armіya/qısaca: UPA) - İkinci Dünya Müharibəsi zamanı Ukraynada nasistlərin dəstəyi ilə təşkil edilmiş və ölkədəki bütün etnik qruplara qarşı kütləvi qırğınlar və soyqırım hərəkatları ilə məşğul olan millətçi ordudur. 1942-ci ilin oktyabrında təşkil edilən ordu, xüsusilə 1943-cü ildə Ukrayna Reyx Komissarlığı ilə birlikdə ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə qırğın siyasəti həyata keçirmişdir. Ukrayna Üsyan Ordusunun ən mühüm təşkilatçılarından biri faşist Almaniyasının maliyyə dəstəyini alan Stepan Bandera idi. Millətçi Stepan Bandera, Taras Borovets (Taras Bulba) və Andrey Melnikin rəhbərlik etdiyi Ukrayna Üsyan Ordusu Ukrayna ərazisində İkinci Dünya Müharibəsi zamanı bir çox soyqırım hərəkatlarında, xüsusilə Volin qırğınında xüsusi rol oynamışdır. == Fəaliyyətləri == 1939-cu il sentyabrın 12-də, Varşavanın süqutuna az qalmış Hitler qatarda Polşa xalqı və Ukraynadakı polyakların taleyi haqqında xüsusi görüş keçirmişdir. Hitlerin planı SSRİ-nin sərhədində Asiya ilə Avropa arasında III Reyxə bağlı bir bufer zona yaratmaq idi. Berlinin bu kukla dövlətinin sərhədləri şimalda Litvanın paytaxtı Vilnüsdən başlayıb, cənubda isə Ukraynanın Qalisiya və Volin vilayətlərinə qədər uzanacaqdı. İclasda nasist admiralı və məxfi xidmət olan Abverin rəhbəri Vilhelm Kanaris, Almaniyanın xarici işlər naziri Ribbentropa ukraynalı millətçilərin təşkilatlanması, polyaklara və yəhudilərə qarşı qiyam şəklində yeni qırğın siyasətinin həyata keçirilməsindən danışmışdır. “Kanaris Memorandumu” kimi tanınan bu çıxışın sənədləri və alınan qərarlar 1945-ci ildə Nürnberq məhkəməsində sübut kimi təqdim edilmiş və Kanarisin edamında mühüm rol oynamışdır. İlk mərhələdə, 1939-cu ilin noyabrında 400 ukraynalı irqçi Komarne, Kirhendorfe Qakeshteyne və Abvera düşərgələrində təlimə başlamışdır.
Üsyan (Rövşən Abdullaoğlu)
Üsyan (tam adı və ya şüarı: "Mən aləmlərə üsyan etmiş bir zərrəyəm") — Rövşən Abdullaoğlunun 2014-cü ildə nəşr edilmiş psixoloji kitablar silsiləsindən olan əsəri. == Məzmun == Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda-tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl mahiyyəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar həmişə onundur. == Nəşr == Kitab 2014-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 256 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ildə kitab yenilənərək 2-ci dəfə təkrar nəşr edilib. == Həmçinin bax == Əsarət Qorxular == İstinadlar == == Xarici keçidlər == "ÜSYAN" ( (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib.
Mozambikdə islamçı üsyan
Mozambikdə islamçı üsyan — Mozambikin Kabu-Delqadu vilayətində hökumət ilə Mozambik qanunvericiliyini şəriət qanunlarına uyğunlaşdırmağa və beləliklə də ölkəni islam dövlətinə çevirməyə çalışan islamçı qruplaşmalar arasında silahlı münaqişə. Əsas fəal üsyançı qruplaşma "Ənsar əl-sünnə"dir. İslamçı yaraqlıların terror hücumlarının əsas hədəfi mülki şəxslər olmuşdur. 2018-ci ilin ortalarından etibarən İslam Dövləti Mərkəzi Afrika vilayətinin Mozambikin şimalında da fəallaşdığı iddia edilir. Qruplaşma 2019-cu ilin iyununda Mozambik təhlükəsizlik qüvvələrinə qarşı ilk hücumunu öz üzərinə götürmüşdür. 2020-ci ilin birinci yarısında 2019-cu ildə olduğu qədər hücumlar həyata keçirilmişdir.
Türkiyədə maoçu üsyan
Türkiyədə maoçu üsyan və ya maoçular tərəfindən Xalq müharibəsi (türk. Halk savaşı) — 1970-ci illərin əvvəllərində Türkiyə hökuməti ilə maoçu üsyançılar arasında Türkiyənin şərqində davam edən aşağı səviyyəli üsyan. Üsyanın gərginliyi 1980-ci illərin sonu və 1990-cı illərdə azalmış, daha böyük Türkiyə–PKK münaqişəsi fonunda kənarda qalmışdır. Aşağı səviyyəli silahlı hücumlar maoçu üsyançı qruplaşmalar tərəfindən həyata keçirilməkdə davam edir. Bu qruplaşmalar arasında ən əhəmiyyətliləri Türkiyə Kommunist Partiyası/Marksist–Leninistin silahlı qanadı Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TFKQO), həmçinin Maoçu Kommunist Partiyasının silahlı qanadları Xalq Qurtuluş Ordusu (XQO) və Xalq Partizan Qüvvələridir (XPQ). == Zəmin == 24 aprel 1972-ci ildə İbrahim Qaypaqqayanın başçılıq etdiyi radikal qrup tərəfindən Türkiyə Kommunist Partiyası/Marksist–Leninist (TKP/ML) təsis edilmişdir və onlar xalq müharibəsi elan etmişdilər. Buna baxmayaraq, bir il sonra Qaypaqqaya həbs edilmiş, işgəncələrə məruz qalmış və öldürülmüşdür. Partiya 1978-ci ildə ilk konfransını keçirmiş və partizan müharibəsi planını təsdiqləmişdir, lakin silahlı üsyan ideyası nəzəri olaraq qalmış və çox az irəliləyiş əldə edilmişdir. 17 may 1985-ci ildə TKP/ML İstanbulda milyonlarla televiziya tamaşaçısına axşam xəbərlərinin saundtrekini əvəz edərək təbliğat mesajı vermişdir. == Üsyan == TKP/ML-nin hərbi qanadı olan Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TİKKO) 1970-ci illərin sonu və 1980-ci illər boyu əhalisi Maoist partizan müharibəsini qisas kimi görən Tunceli vilayətində silahlı və partizan hərəkətləri həyata keçirib.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Potyomkin zirehli gəmisində üsyan
"Potyomkin" zirehli gəmisində üsyan — 1905-ci il iyunun 14-də (27-də) başlanmış üsyan. == Tarixi == Üsyan edən zirehli gəmi Odessaya gəldi; bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi. Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər. Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular. On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. == Məzmun == Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. == Məzmunu == Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.